Avtomobildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Avtomobildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
  17 Fevral 2024    Oxunub:874
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı avtomobilin qapısının təsadüfən bağlanması nəticəsində içəridə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, valideynlərin və ətrafdakıların cəhdlərinə baxmayaraq avtomobilin qapısını açmaq mümkün olmadığından uşağın valideynləri nazirliyin "112" qaynar telefon xəttinə zəng ediblər.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə avtomobilin qapısını açmaqla 2022-ci il təvəllüdlü uşağı xilas edib ailəsinə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   hadisə   azyaşlı   xilas  





Xəbər lenti