İlham Əliyev Münxendə Avropa Komissiyasının icraçı vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər.
Dövlətimizin başçısı həmçinin COP çərçivəsində ilk dəfə Üçlük mexanizminin yaradıldığını qeyd edib və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğulayıb.
* * *
18:34
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə icraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub.
AzVision.az
Teqlər: Prezident görüş Münhen