Qazaxda maşın iki piyadanı vurub - YENİLƏNİB

Qazaxda maşın iki piyadanı vurub -  YENİLƏNİB
  17 Fevral 2024    Oxunub:1440
Qazaxda baş verən yol qəzasında xəsarət alan piyadaların kimlikləri müəyyənləşib
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ-2107" ilə hərəkətdə olan zaman iki piyadanı vurub.

Xəsarət alan piyadalar 1975-ci il təvəllüdlü Elmira Şıxlinski və 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır.

* * *

21:32
Qazax rayonunda piyadaların yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   yol   qəza   piyada  





Xəbər lenti