Bakıda oteldə yanğın olub

 Bakıda oteldə yanğın olub
  19 Fevral 2024    Oxunub:807
Bakının Nərimanov rayonunda yerləşən hotellərin birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti