“Azərbaycan hərbi, biz isə evakuasiya təlimləri keçiririk" - Kazaryan

   “Azərbaycan hərbi, biz isə evakuasiya təlimləri keçiririk"    - Kazaryan
  19 Fevral 2024    Oxunub:1089
Erməni ictimai-siyasi xadim Edqar Kazaryan ölkəsinin hərb sahəsində dişsizliyindən gileylənib.
O, "Mamul"a açıqlamasında Ermənistanın Azərbaycan qarşısında heç bir hərbi güc nümayiş etdirə bilməməsini acizanə şəkildə etiraf edib.

“2024-cü il başlayandan rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində xüsusi təyinatlıların xidmət apardığı hərbi hissələrin iştirakı ilə xeyli hərbi təlimlər keçirir. Bununla paralel olaraq isə Ermənistan qəribə təlimlər təşkil edir. Daxili İşlər Nazirliyi Tavuş bölgəsində “Hava hücumu xəbərdarlığı” siqnalı zamanı əhalinin operativ məlumatlandırılması, sığınacaq və evakuasiya işlərinin təşkili” mövzusunda təlimlər keçiririk", - Kazaryan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim   Ermənistan  





Xəbər lenti