Lənkəranda 6 yaşlı uşaq qızılcadan ölüb - YENİLƏNİB

   Lənkəranda 6 yaşlı uşaq qızılcadan ölüb -  YENİLƏNİB
  19 Fevral 2024    Oxunub:1386
TƏBİB Lənkəranda azyaşlı uşağın qızılcandan ölməsinə aydınlıq gətirib.
Qurumdan AzVision.az-a verilən məlumata görə, 05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

"Xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

***
Lənkəranda azyaşlı uşaq qızılcadan ölüb.

AzVision.az xəbər verir ki, Lənkəran rayonunun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Q. (qız uşağı) yüksək hərarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağa dəqiqləşdirilməmiş qızılca və meninqoensefalit diaqnozu qoyublar.

Azyaşlını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti