Evdə qaz sobası partlayıb, xəsarət alan var

Evdə qaz sobası partlayıb, xəsarət alan var
  19 Fevral 2024    Oxunub:711
Xaçmazın Hülövlü kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
İlkin ehtimala görə, qaz sobasının partlaması nəticəsində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Məmmədov Faiq İntiqam oğlu yanıq xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Partlayış zamanı Faiqin anası Məmmədova Zümrüd Eynulla qızı da evdə olub. Amma o, başqa otaqda olduğundan xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti