Azad edilən ərazilərdə daha 79 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 79 mina aşkarlanıb
  19 Fevral 2024    Oxunub:701
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 12-18 fevral 2024-cü il tarixləri ərzində 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 886,1 hektar ərazi minalardan təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti