“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
  20 Fevral 2024    Oxunub:583
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
AzVision.az xəbər verir ki, 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.

Tədbirin birinci hissəsində 2023-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2023-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2-ci yer: Dövlət Miqrasiya Xidməti
3-cü yer: Ədliyyə Nazirliyi

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti
2-ci yer: Binəqədi Rayon İcra Hakimiyyəti
3-cü yer: Yasamal Rayon İcra Hakimiyyəti

Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
2-ci yer: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
3-cü yer: “Azəriqaz” İstehsalat Birliyi

İkinci hissədə dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.


Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti