Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb, Ombudsman işə qarışdı

   Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb,  Ombudsman işə qarışdı
  20 Fevral 2024    Oxunub:1473
Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Məktəblilərdən biabırçı hərəkət: DİN araşdırmaya başladı


"Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir", - o vurğulayıb.

***
Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı yayılan videodakı zərərçəkənin valideynləri tərəfindən Ombudsman Aparatına müraciət daxil olmayıb. Buna baxmayaraq, məlumatın yayımlandığı ilk vaxtdan məsələ Ombudsmanın nəzarətinə götürülüb və aidiyyəti qurumlar qarşısında da məsələlər qaldırılıb.

AzVision.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

“Baş vermiş bu hadisə narahatedici və üzücü haldır. Bu cür halların baş verməsi, belə çəkilişlərin edilməsi ilə bağlı təəssüf hissi keçiririk. Təhsil müəssisələrində psixoloqlar tərəfindən psixoloji iş, məktəb-valideyn əlaqələri gücləndirilməli, valideynlər tərəfindən azyaşlıların təlim-tərbiyə prosesinə xüsusi diqqət göstərməlidir”, - deyə məlumatda qeyd edilib.
AzVision.az


Teqlər:  





Xəbər lenti