"Şagird zarafat etdiyini deyib" - 156 nömrəli məktəbin direktoru

      "Şagird zarafat etdiyini deyib"    - 156 nömrəli məktəbin direktoru
  20 Fevral 2024    Oxunub:1295
Xəzər rayonu 156 nömrəli tam orta məktəbinin şagirdləri arasında baş verən hadisə dərsdən sonra, məktəbdən kənar ərazidə baş verib.
Məktəblilərdən biabırçı hərəkət: DİN araşdırmaya başladı
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məktəbin direktoru Gülər İsmayılova deyib. O qeyd edib ki, hadisə yanvarın 17-də baş verib:

"Fevralın 14-də video barədə məlumat əldə edilən kimi şagird və valideyni məktəbə dəvət edilib, psixoloq müşayiəti ilə onlarla söhbət aparılıb. Videoda olan 2 qızdan yalnız 1-i bizim məktəbin 11-ci sinif şagirdidir. Videonu çəkən və zorakılığa məruz qalan qız isə məktəbin şagirdləri deyil, qonşularıdır. İzahat zamanı məktəbli bildirib ki, onunla zarafat edib və hərəkətindən peşmandır".

Direktor qeyd edib ki, 11-ci sinif şagirdinin hər hansı pxixoloji problemi yoxdur və bu günə qədər digər məktəblilərə qarşı neqativ halı olmayıb.

Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.



Aytən Zəhra
AzVision.az



Teqlər:   Şagird   Bullinq  





Xəbər lenti