11 yaşlı Rasimin axtarışları davam etdirilir - VİDEO

   11 yaşlı Rasimin axtarışları davam etdirilir -    VİDEO
  20 Fevral 2024    Oxunub:674
Dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
AzVision.az xəbər verir ki, hazırda FHN-in Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.





AzVision.az


Teqlər:





Xəbər lenti