Ölkəyə turist axını 39 %-dən çox artıb
Bildirilib ki, gələnlərin 27,5 %-i Rusiya Federasiyası, 19,8 %-i Türkiyə, 9,7 %-i İran, 6,1 %-i Hindistan, 4,9 %-i Gürcüstan, 3,5 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Qazaxıstan, 2,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,5 %-i Pakistan, 2,4 %-i Küveyt, 2 %-i Özbəkistan, 1,8 %-i Oman, 1,5 %-i Türkmənistan, 1,3 %-i Ukrayna, 1 %-i Belarus, 10,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,2 %-ini kişilər, 25,8 %-ini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, İrandan - 45,8 %, Polşadan - 33,7 %, Yəməndən - 32,2 %, Moldovadan - 31,5 %, Türkiyədən - 31 %, Pakistandan - 28,3 %, Qətərdən - 26,8 %, Gürcüstandan - 24,1 %, Fransadan - 22,4 %, Ukraynadan - 21,4 %, BƏƏ-dən - 20,4 %, Belarusdan - 18,9 %, ABŞ-dan - 18,7 %, Misirdən - 15,2 %, Rusiya Federasiyasından - 13,4 %, Almaniyadan - 13,3 % artıb.
2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 % artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,5 %-i hava, 31,1 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
AzVision.az
Teqlər: