Bullinqə məruz qalan yeniyetmə qızın nənəsi danışdı - Video
O, zorakılığa məruz qalan nəvəsinin özünü müdafiə etmədiyini söyləyib.
“Həmin qız bizim həm qonşumuz, həm də qohumumuzdur. Bizim aramızda heç bir problem olmayıb. Nəvəm 9-cu sinifdən çıxıb, o qız isə 11-ci sinifdə oxuyur. Atası və əmisi qızın valideynləri ilə danışıb. Problemli ailə deyillər, bibisi Qala məktəbində direktor işləyib. Yaxşı adamlardı, yaxşı qonşu olmuşuq”, - deyə C.Hacıyeva əlavə edib.
Qeyd edək ki, 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.
AzVision.az
Teqlər: