"Bu kənddə yazılmamış qanunlar hökm sürür" - Azyaşlı qızın döyülməsinin detalları

"Bu kənddə yazılmamış qanunlar hökm sürür" - Azyaşlı qızın  döyülməsinin detalları
  20 Fevral 2024    Oxunub:3112
"Mən və övladlarım daima psixoloji və fiziki şiddətə məruz qalırdıq. Gəlin gəldiyim vaxtdan bu günə qədər bəsit şeylərin üstündə döyülmüşəm, işgəncə görmüşəm".
Bunu atası tərəfindən döyülən uşağın anası deyib. O bildirb ki, həyat yoldaşı Elnur Məmmədov ona və övladlarına işgəncə verirmiş:
Azyaşlı qızını döyən ata saxlanılıb, cinayət işi başlanılıb

"Çox səbr etdik, dedik, bəlkə, düzələr. Bizim kənddə "qadın gəlin köçdüyü evdən ancaq kəfənlə çıxa bilər" düşüncəsi hökm sürür. Ona görə də 15 ildir ki, dözürdüm.
Böyük qızımın 15 yaşı var. Həyat yoldaşım onu zorla ərə vermək niyyətində idi. Məktəbdən, təhsildən yayındırmağa çalışırdı. Qızıma deyirdi ki, "atan səni aparıb nənənin yanına qoyacaq, sənə cehizlər alacaq, toy edəcək..." Prosesin hara getdiyini başa düşürdüm. Çünki bu kənddə qızları tez ərə vermək dəbdədir. Elə bu səbəbdən də özüm üçün apara bilmədiyim mübarizəni uşaqlarım üçün aparmağa başladım. İstəyirdim ki, onlar oxuyub ali təhsilli olsunlar".

Ana videosu yayılan azyaşlı qızının döyülməsi hadisəsindən də danışıb: "Qızım o zaman 3 yaşında idi, maşının pultu maraqlı gəldiyi üçün götürüb oynadırmış. Bu zaman maşının yük hissəsinin qapısı açılıb. Buna görə Elnur məni də, 3 yaşlı qızımı da vəhşicəsinə döydü. Ümumiyyətlə, o, çöldən içəri girəndə biz hamımız qapının ağzında onun qarşısında durmalıydıq. Evdə uşaqlarla söyüşlə danışırdı. Buna etiraz edəndə məni də söyürdü. Bundan əvvəl məni möhkəm döyüb çölə atmışdı. Saatlarla özümdə olmamışdım, ürəyim getmişdi. Həmin hadisədən sonra 02-yə yığıb şikayət etmişdim. Ancaq dediyim kimi, bu kənddə yazılmamış qanunlarla, kim nə deyər deyə yaşayırıq. Buna görə də böyüklər bizi yenidən barışdırdılar. Bundan əvvəl də boşanacağımı demişdim, məni şantaj edirdi ki, uşaqları əlimdən alacaq. İndi isə fikrim ciddidir, ayrılmaq, son qoymaq istəyirəm".

Azyaşlını vəhşicəsinə döyən ata ilə bağlı DİN-dən açıqlama
Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti