Vergi Xidmətinin əməkdaşları təltif edildi

   Vergi Xidmətinin əməkdaşları təltif edildi
  20 Fevral 2024    Oxunub:891
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

Həmin şəxslər aşağıdakılardır:

Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Dövlət başçısının digər Sərəncamı ilə vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Vəliyev İlkin Etibar oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Musayev Orxan Azad oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayev Vəli Həsən oğlu

Kəngərli Cavid Muxtar oğlu

Musayev Fəxrəddin Binnət oğlu

Süleymanlı Elxan Süleyman oğlu

Şahinzadə Fərman İlham oğlu

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Mahmudov Fuad Malik oğlu

Məhərrəmov Ramiz Bulut oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Əhmədov Rəşad Kazım oğlu.

AzVision.az



Teqlər:





Xəbər lenti