Baş prokuror: "Separatçıların 1987-ci ildən bəri olan bütün cinayətləri sənədləşdirilib"
"Həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən bu tərəfə törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib.
K.Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək: "Bununla da beynəlxalq təşkilatlar, eləcə də bir qrup ölkələr şəffaf, hərtərəfli və obyektiv məhkəmə baxışının baş tutduğunun şahidi olacaqlar".
AzVision.az
Teqlər: Separatçı Baş-Prokuror