NATO: "Cəbhədəki vəziyyət Kiyev üçün çox ağırdır"

   NATO: "Cəbhədəki vəziyyət Kiyev üçün çox ağırdır"
  21 Fevral 2024    Oxunub:1062
Ukrayna Silahlı Qüvvələri cəbhədə çox çətin vəziyyətdədirlər.
AzVision.az xəbər verir ki, bunu Kanadanın CTV telekanalında Alyansın baş katibi Yens Stoltenberq deyib.

Alyans nümayəndəsinin sözlərinə görə, vəziyyətin belə olmasının səbəbi NATO ölkələrinin Kiyevə yetərincə mərmi verməməsidir.

“Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb. Avdeevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini də gördük. Bu ciddi məsələdir”, - deyə Şimali Atlantika Alyansının baş katibi jurnalistlərə bildirib.

Stoltenberq NATO üzvlərini Kiyevə dəstəyini gücləndirməyə çağırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti