"Kamilin saxlanılması səfirliyimizin nəzarətindədir" - XİN

   "Kamilin saxlanılması səfirliyimizin nəzarətindədir" -    XİN
  21 Fevral 2024    Oxunub:1406
Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması məsələsinə aydınlıq gətirib.
Kamil Zeynallı Moskvada saxlanıldı: Ermənistana təhvil verilir - VİDEO
XİN-nin mətbuat katibi Ayxan Hacızadə AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

O qeyd edib ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: "Əlavə məlumat olarsa, bildiriləcək".

Qeyd edək ki, tanınmış fitnes məşqçisi, idmançı Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyada "Domodedovo" hava limanında saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. Onun bu gün hakim qarşısına çıxarılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   KamilZrynallı  





Xəbər lenti