"Şirvanda göbələkdən zəhərlənmə təsdiqini tapmayıb - AQTA (YENİLƏNİB)

 "Şirvanda göbələkdən zəhərlənmə təsdiqini tapmayıb - AQTA (YENİLƏNİB)
  21 Fevral 2024    Oxunub:2049
Şirvanda göbələkdən zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
AQTA-dan verilən məlumata görə, aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində 20.02.2024-cü il tarixdə Şirvanda göbələk qəbul etmiş bir ailənin üç üzvünün zəhərlənmədən Şirvan şəhər Mərkəzi Xəstəxanasına müraciət etməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Belə ki, tibb müəssisəsi tərəfindən xəstələrə qoyulmuş diaqnoz qida zəhərlənməsi deyil. Həmin gün onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.
Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar davam etdirilir.

Bir daha qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir.
***
TƏBİB Şirvanda göbələkdən zəhərlənən şəxslərin vəziyyəti barədə məlumat yayıb.
Qurumdan AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 20.02.2024-cü il saat 09:10 radələrində 1980-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs, 2019-cu il təvəllüdlü azyaşlı olmaqla bir ailənin üç üzvü dəqiqləşdirilməmiş qida pozuntusu diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***
Şirvanda bir ailənin 3 üzvü zəhərlənib.

AzVision.az xəbər verir ki, M.Əsədov küçəsində yaşayan, 2009-cu il təvəllüdlü Ləman Nəzərova, 2001-ci il təvəllüdlü Orxan Nəzərov və 1980-cı il təvəllüdlü Samirə Nəzərova ötən gün axşam saatlarında yaşadıqları evdə göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
***
Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə AzVision.az -a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

AzVision.az


Teqlər: Göbələk   Zəhərlənmə  





Xəbər lenti