“Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın” - Gülay

   “Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın” -    Gülay
  21 Fevral 2024    Oxunub:831
Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasına reaksiya verib.
AzVision.az xəbər verir ki, müğənni bu haqda instaqramda yazıb.

“İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm”, - Gülay qeyd edib.

Qeyd edək ki, Gülay-Kamil cütlüyünün bir qız övladı var.



Qeyd edək ki, tanınmış fitnes məşqçisi, idmançı Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyada "Domodedovo" hava limanında saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. Onun bu gün hakim qarşısına çıxarılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti