İşğal dövründə 9 su anbarı dağıdılıb

   İşğal dövründə 9 su anbarı dağıdılıb
  21 Fevral 2024    Oxunub:820
“İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub. 30 il ərzində 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb”.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda keçirilən konfrasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğal altında olan su anbarlarının sayı 9, su tutarlarının sayı 7 olub.

“Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymayıb. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür. Belə ki, 2023-cü ildə Laçın şəhərinin yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti