"Kamil Zeynallı Ermənistana təhvil verilə bilər?" - Vəkilindən AÇIQLAMA

   "Kamil Zeynallı Ermənistana təhvil verilə bilər?" -    Vəkilindən AÇIQLAMA
  21 Fevral 2024    Oxunub:1144
Moskvadan Bakıya gələrkən "Domodedovo" hava limanında saxlanılan Kamil Zeynallı 1 ay müddətinə təcridxanaya yerləşdiriləcək.
Kamili əliqandallı polis idarəsinə apardılar - Video
AzVision.az xəbər verir ki, bunu Kamil Zeynallının vəkili Ələkbər Qarayev deyib.

"Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb. Rusiya qanunvericilyinə əsasən o, bir ay müddətinə təcridxanaya yerləşdirilməlidir. Ermənistan isə bu dövrdə bütün sənədləri Rusiya Baş Prokrurluğuna təqdim etməlidir. Bundan sonra Kamil Zeynallının Ermənistana təhvil verilib-verilməyəcəyinə baxılacaq".

Vəkil qeyd edib ki, Beynəlxalq Hüquq Konvensiyasına əsasən düşmən ölkənin tələbi ilə saxlanılan şəxs onlara verilə bilməz:

"Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. İnanmıram ki, Rusiya Kamili Ermənistana versin. Onun müdafiəsini öz üzərimə götürmüşəm. Qanun çərçivəsində lazımi köməkliyi göstərəcəm".

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   KamilZeynallı   Ermənistan  





Xəbər lenti