Ermənistan Vətən müharibəsi zamanı Kamili 4 maddə ilə axtarışa verib - TƏFƏRRÜAT

  Ermənistan Vətən müharibəsi zamanı Kamili 4 maddə ilə axtarışa verib -    TƏFƏRRÜAT
  21 Fevral 2024    Oxunub:1252
Taninmiş fitnes məşqçisi Kamil Zeynallı Ermənistan tərəfindən 4 maddə ilə axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə AzərTac-a müsahibəsində vəkil Ələkbər Qarayev söyləyib. Onun sözlərinə görə, K.Zeynallı Rusiyada Ermənistanın sorğusu əsasında saxlanılıb.

“Ermənistan 2020-ci il sentyabrın 29-da Kamil Zeynallını 4 maddə ilə axtarışa verib. Ötən gecə o, Rusiyada şübhəli şəxs kimi saxlanılıb. Prokurorluqda hazırda iş aparılır. Əgər əlavə materiallar göndərilərsə, Kamil Zeynallıya qarşı həbs qətimkan tədbiri tətbiq oluna bilər”, - deyə o bildirib.

Vəkil əlavə edib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.

Qeyd edək ki, Kamil Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.
AzVision.az



Teqlər:





Xəbər lenti