Ağstafadakı hadisənin təfərrüatı: Əvvəlcə uşaq anasına daş atıbmış

   Ağstafadakı hadisənin təfərrüatı:  Əvvəlcə uşaq anasına daş atıbmış
  21 Fevral 2024    Oxunub:1231
Xəbər verdiyimiz kimi, Ağstafa rayonunda ana azyaşlı oğlunun başını daşla yarıb.
TƏBİB-dən bildirilib ki, başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən oğlana bütün zəruri tibbi xidmətlər göstərilib, nəzarətdədir və vəziyyəti yaxşıdır".
Başı daşla çapılmış azyaşlının vəziyyəti açıqlandı


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzVision.az -a açıqlamasında bildirib ki, azyaşlının anası polis idarəsinə dəvət olunub və onunla söhbət aparılıb:

"Ekspertiza təyin olunub, onun rəyindən sonra hüquqi qiymət veriləcək".

Saytımızın əldə etdiyi məlumata görə, ana ilkin ifadəsində bildirib ki, övladını danlayıb. Bundan sonra oğlu yerdən daş götürərək anasına atıb. Uşağın hərəkətindən qəzəblənən valideyn həmin daşı azyaşlının başına vurub.

Azərbaycanda ana uşağının başına daşla vurub – Video

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti