Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq
Onun sözlərinə görə, universitet hər iki dövlət başçısının iradəsi ilə yaradılıb:
"Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq. Artıq yeni tədris ilində universitetə tələbə qəbulu həyata keçiriləcək".
Onun sözlərinə görə, inzibati, maliyyə məsələləri Azərbaycan tərəfindən həyata keçiriləcək:
"Ali məktəbdə birinci mərhələdə mühəndislik, texnoloji ixtisaslar olacaq. Gələcəkdə digər fakültə və ixtisasların açılması proqnozlaşdırılır".
N.Məmmədli qeyd edib ki, burada Türkiyə və Azərbaycan universitetlərin birgə təhsil və tədqiqatının tamamilə yeni modeli tətbiq ediləcək.
"Universitetdə təhsil alacaq tələblərin sayı hələlik bilinmir. Tədris türk və ingilis dilində olacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: