Füzuli şəhərinə daha 300-dən çox ailə köçürüləcək

   Füzuli şəhərinə daha 300-dən çox ailə köçürüləcək
  21 Fevral 2024    Oxunub:790
Füzuli şəhərində artıq 527 ailə məskunlaşıb. Bu, təqribən 2000 nəfərə yaxın insan deməkdir.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Bəşir Hacıyev əlavə edib ki, qarşıdakı iki ayda Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq. Qeyd edək ki, hazırda köç prosesi davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti