"Azərbaycan mediasiyasının uğurları Türk Dünyasının uğurudur" - Yakub Erikel

   "Azərbaycan mediasiyasının uğurları Türk Dünyasının uğurudur" -    Yakub Erikel
  21 Fevral 2024    Oxunub:3827
"Azərbaycan mediasiyasının uğurlarını Türk Dünyasının uğuru kimi görürük".
AzVision.az xəbər verir ki, bunu Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakub Erikel deyib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dünyasının bütün sahələrində əməkdaşlığın qurulmasında, inkişafında xüsusi yeri, rolu və çəkisi var. Azərbaycanlı həmkarlarımızın da Prezident İlham Əliyevin Türk Dünyasının birliyi sahəsində açdığı yolla və onun arxasınca gedərək bu sahədəki üzərlərinə düşən vəzifələri icra etmələri bizi son dərəcə sevindirdi və biz bunu hər zaman gözəl bir nümunə kimi görürük. Onun sözlərinə görə, Türk Dünyası Mediatorlar Birliyinin formalaşmasında və qurulmasında Azərbaycan Mediaisya Şurasının mühüm rolu var. O qeyd edib ki, Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov eyni zamanda Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini seçilib.

Yakup Erikel qeyd edib ki, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin üzvlərinin Azərbaycana səfəri zamanı dövlət orqanları və eyni zamanda mediatorlarla çox sıx və səmimi görüşlər keçirildi.

“Biz Azərbaycan mediasiyasının keçdiyi qısa yola nəzər yetirdikdə, məlum oldu ki, bu qurum qısa vaxtda çox ciddi nailiyyətlər əldə edib. Bu əlbəttə ki, bizi sevindirir. Azərbaycan mediasiyasının uğurları bütünlükdə bütün Türk Dünyasının uğurlarıdır. Biz hətta düşünürük ki, hər iki qardaş dövlətin dəstəyi ilə istər Türkiyə, istərsə də Azərbaycan mediasiyasının uğurlarını mediasiya olmayan dövlətlərdə mediasiya prosesləri quruculuğunda istifadə edə bilərik. Bir daha qeyd edirəm ki, qısa vaxtda fəaliyyət göstərməsiniə baxmayaraq Azərbaycan Respublikası Mediasiya Şurası güclü menecmentə və strategiyaya malik bir quruma çevrilib. Mediasiya Şurasının mediatorlarla və mediasiya təşkilatları ilə apardığı çoxşaxəli işləri də dəstəkləyirik. Əlbəttə ki, Azərbaycanın dövlət qurumlarına Mediasiya Şurası ilə qurulan sıx və səmərəli əməkdaşlığa görə də dərin təşəkkür edirik.” – deyə Yakup Erikel əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti