Ombudsmanın əməkdaşları Suriyadan gətirilən azərbaycanlılarla görüşüb

Ombudsmanın əməkdaşları Suriyadan gətirilən azərbaycanlılarla görüşüb
  22 Fevral 2024    Oxunub:810
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Suriyadan Azərbaycana repatriasiya edilən 7 nəfər azərbaycanlı ilə görüşüblər.
Ombudsman Aparatından AzVision.az -a verilən məlumata görə, görüş çərçivəsində Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş 5-i uşaq və 2-si qadın olan repatriantların psixoloji vəziyyəti qiymətləndirilib.

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

Qeyd olunub ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti