İzmir küçəsindəki yanğın söndürüldü - YENİLƏNİB

  İzmir küçəsindəki yanğın söndürüldü -  YENİLƏNİB
  22 Fevral 2024    Oxunub:1008
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtda yanğın olan ərazidə yol polisi əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edirlər.
***
Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində yanğın baş verib.

Daxili İşlər Nazirlyindən AzVision.az -a verilən məlumata görə, yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.


AzVision.az


Teqlər:





Xəbər lenti