Xankəndidə silah-sursat tapılıb

Xankəndidə silah-sursat tapılıb
  23 Fevral 2024    Oxunub:635
Xankəndidə xeyli silah-sursat tapılıb.
Bu barədə AzVision.az -a DİN-dən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 22-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti