"Ağdamdakı stadiona Qurban Qurbanovun adı verilsin" - Deputat

   "Ağdamdakı stadiona Qurban Qurbanovun adı verilsin" -    Deputat
  23 Fevral 2024    Oxunub:817
“Dünən “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi”.
AzVision.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin: “Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik.

Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addmı ata bilərik”.

AzVision.az


Teqlər:





Xəbər lenti