"Elə qışqırdım ki, nəvələrim qorxdu" - Aqil Abbas

   "Elə qışqırdım ki, nəvələrim qorxdu" -    Aqil Abbas
  23 Fevral 2024    Oxunub:1548
“Sevincdən dünən necə qışqırdımsa, nəvələrim qorxdu. Böyük oğlum tez aşağı düşdü ki, "ata, uşaqlar deyir, babaya nə olub?".
AzVision.az xəbər verir ki, bunu millət vəkili, “Qarabağ”ın oyunlarının daimi izləyicisi Aqil Abbas “Qarabağı”ın “Braqa” ilə dünənki oyunundan danışarkən deyib.

-“Qarabağ” “Braqan”ı tapdalayıb keçdi. “Bayer”dən də intiqamını alacaq. İndi dövr dəyişib, böyük bir müharibədə qalib gələn ölkənin komandası da ordu kimi döyüşür.

Dünən sevincdən necə qışqırdımsa, yuxarı mərtəbədə yatan nəvələrim qorxdular. Böyük oğlum tez aşağı düşdü ki,"ata, uşaqlar deyir, babaya nə olub?".

Futbola həyəcansız baxa bilmirəm. Baxmağa qorxuram. Ona görə də stadiona getmirəm. Qarabağın oyunlarından birində stadionda sevincdən ürəyim getmişdi.

Oyundan əvvəl qurban kəsmişdim, birini də kəsəcəyəm. Dünən təbrik etmək üçün Qurban Qurbanova zəng etdim, götürmədi. Yenə zəng edəcəyəm.

Xatırladaq ki, ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə qalib gələrək (6:5) 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti