Naxçıvan Baş Gömrük İdarəsi əməliyyat keçirdi

Naxçıvan Baş Gömrük İdarəsi əməliyyat keçirdi
  23 Fevral 2024    Oxunub:857
Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə olunması, əməliyyat məlumatları əsasında şübhəli şəxslər və nəqliyyat vasitələri ilə bağlı müəyyən edilmiş risk profilinə uyğun gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi sayəsində hüquqpozma hallarına qarşı mübarizə daha da gücləndirilib.
2023-cü ildə 75 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb
Ötən il ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 75 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb ki, bunlardan 64-ü üzrə cinayət işi başlanılıb. İcraatda olan cinayət işləri üzrə 71 şəxs təqsirləndirilib.

Ötən il ərzində 570 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib
Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ümumilikdə 568,6 kq heroin, 112,2 qram tiryək, 117,9 qram marixuana, 144,7 qram həşiş, 145,4 qram psixotrop maddələr, 135,7 qram-güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin 66 722 qutu aksiz markası ilə markalanmayan siqaret, 2 ədəd odlu silah, 2 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanaraq götürülüb.

2023-cü ildə gömrük nəzarəti tədbirləri gücləndirilib
Texniki nəzarət vasitələrinin tətbiqi ilə 1 ədəd odlu silah hesab edilən tapança, 10 ədəd balonu ilə birlikdə 1 ədəd pnevmatik tapança, 151240 ədəd siqaret, 2 kiloqram 825 qram qızıl, 100000 ədəd aksiz markası, 62185 qram gümüş, 22 ədəd mobil telefon, 39 ədəd beşbarmaq, 33 ədəd dron, 4098 ədəd psixotrop dərman, 8 ədəd elektroşok, 1 ədəd qədim samovar və s. aşkarlanaraq müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti