Bakıda tanışını küt alətlə qətlə yetirməkdə təqsirləndirilən şəxsə ağır cəza verilib
Xatırladaq ki, dövlət ittihamçısı A. Əsgərovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə keçən ilin oktyabr ayında Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2(xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.
AzVision.az
Teqlər: