Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
  23 Fevral 2024    Oxunub:891
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 26 fevral – 1 mart tarixlərində Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək.
Bu barədə AzVision.az -a AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində Naxçıvanın təbiət əraziləri və su hövzələri ətrafı ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Məlumatda vurğulanıb ki, götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti