Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib
  24 Fevral 2024    Oxunub:946
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, yollarda sürət həddinə riayət etmək yalnız sürücülərin deyil, ətrafdakı hər kəsin təhlükəsizliyini təmin edir.

“Bir neçə saniyə avtomobili sürətli idarə etmək həyatınızı riskə atmaq deməkdir. Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürət həddinə diqqət edin. Sürəti yox, həyatı seçin!” – müraciətdə deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti