Xocalı faciəsi Kuba mətbuatında
Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğu vurğulanıb.
Yazıda, həmçinin Ermənistanın keçmiş müdafiə naziri və sabiq prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində səsləndirdiyi - “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi qırdıq” - fikirlərinə yer verilib.
Habelə, məqalədə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi və insanlığa qarşı cinayətlər insan hüquqlarının və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktı olması oxucuların diqqətinə çatdırılıb.
Bu xüsusda, Ermənistanın törətdiyi əməllərin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması kimi qiymətləndirilməli olduğu vurğulanıb.
Məqalədə, həmçinin, Xocalı soyqırımının Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təsisatlar və Latın Amerikasının bir sıra ölkələri də daxil olmaqla xarici dövlətlər tərəfindən tanındığı qeyd olunub.
AzVision.az
Teqlər: