İraq və Suriyadan gətirilən şəxslərə reabilitasiya xidmətləri göstərilib

İraq və Suriyadan gətirilən şəxslərə reabilitasiya xidmətləri göstərilib
  24 Fevral 2024    Oxunub:1374
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi son illərdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 500-dək şəxsi sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, Agentlik hazırda 16 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.

Qurumun sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edirlər. Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılır.

Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial reabilitasiya xidmətləri həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti