Hava yağıntılı olacaq, yollar buz bağlayacaq

Hava yağıntılı olacaq,    yollar buz bağlayacaq
  24 Fevral 2024    Oxunub:849
Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti