Türkiyə ilə ticarət dövriyyəsi 18 %-dən çox artıb

Türkiyə ilə ticarət dövriyyəsi 18 %-dən çox artıb
  24 Fevral 2024    Oxunub:1372
2024-cü ilin yanvar ayında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 475 milyon 522 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsi bildirib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,4 % çoxdur.

Həmçinin ötən ay, Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri 170 milyon 484 min ABŞ dolları, Türkiyəyə ixrac olunan məhsulların dəyəri 305 milyon 38 min ABŞ dolları olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 % az və 39 % çoxdur.

Qeyd edək ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin sırasında Türkiyə ikincidir.

AzVision.az


Teqlər:





Xəbər lenti