İranlı narkotacirlərin Bakıdakı narkokuryeri saxlanıldı

İranlı narkotacirlərin Bakıdakı narkokuryeri saxlanıldı
  24 Fevral 2024    Oxunub:908
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb.
DİN-dən verilən xəbərə görə, həmin şəxsdən külli miqdarda 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. İ.Kərimli barəsində araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti