Akif Əli Zadə təltif edilib

  Akif Əli Zadə təltif edilib
  24 Fevral 2024    Oxunub:1196
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.

Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.


AzVision.az


Teqlər:





Xəbər lenti