Lənkəranda avtomobil yanıb
![Lənkəranda avtomobil yanıb Lənkəranda avtomobil yanıb](https://azvision.az/photos/2024/02/48111-1708784508.jpg)
2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus "Mercedes–Benz G180" markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində qəfil yanğın baş verib.
Dərhal əraziyə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az