Köməksiz qalan azyaşlılar belə xilas edildilər - Video

   Köməksiz qalan azyaşlılar belə xilas edildilər -    Video
  25 Fevral 2024    Oxunub:786
Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti