ADY sədri qatarların gecikməsi probleminə aydınlıq gətirdi
R.Rüstəmov qatarların gecikməsi probleminə də aydınlıq gətirib:
"Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır.
Elə bir plan fikirləşirik ki, həm sərnişinlərin gündəlik hərəkətinə mane olmayaq, həm də bu xəttin tam yenidənqurulmasını həyata keçirək. Qatar intensivliyinin aşağı salınması zəruri olacaq. Layihənin həyata keçirilməsi üçün böyük məbləğdə investisiya qoyuluşu tələb olunur. Bunun hesablanması aparılır. Dəmiryolu infrastrukturunun sağlamlaşdırılması üzərində çalışırıq", - deyə ADY sədri əlavə edib.
AzVision.az
Teqlər: