Qarabağ Universitetinə qəbul olacaq bu tələbələrə təqaüd veriləcək

   Qarabağ Universitetinə qəbul olacaq bu tələbələrə təqaüd veriləcək
  26 Fevral 2024    Oxunub:784
Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək.
AzVision.az xəbər verir ki,, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək”.

Qeyd edək ki, Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulunun aparılması nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti