Çekov: "Makron dünya müharibəsinin başlaması üçün ciddi addım atdı"

   Çekov:    "Makron dünya müharibəsinin başlaması üçün ciddi addım atdı"
  27 Fevral 2024    Oxunub:957
Rusiyalı senator Sergey Çekov Fransa prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı çağırışlarını tənqid edib.
O, yerli mediaya açıqlamasında Makronun Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün Avropa İttifaqı (Aİ) koalisiyası yaradılmalıdır fikrini təhlükəli gediş adlandırıb. Çünki Fransa rəhbəri bu çağırışı ilə dünya müharibəsinin başlaması istiqamətində ciddi addım atdı.

Parlamentarinin sözlərinə görə, Makron “müharibə xarakterli ritorikalarında dərindən düşünməli və bunu dayandırmalıdır”.

Makron: "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır"
"Məlum ehtiyatsız və məsuliyyətsiz bəyanat NATO-nu Rusiya ilə müharibəyə yaxınlaşdırır. Bu, əslində yeni dünya müharibəsinin başlaması istiqamətində daha bir ciddi addım oldu. Makronun bu fikri münaqişənin eskalasiyasını uzatmaq, ona daha çox müdaxilə, koordinasiya etmək niyyətindən xəbər verdi", - Çekov qeyd edib.

O, məhz Qərb ölkələrinin öz siyasətləri ilə Ukraynada münaqişənin yaranmasına səbəb olduğunu xatırladıb: "Makron öz hərəkətləri ilə münaqişənin Fransa ərazisinə keçmə riskini artırır. Ümid edək ki, Avropa xalqları bu çılğın siyasətçilərin qarşısını alacaqlar".

Qeyd edək ki, Emmanuel Makron dünən Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar verib. Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib. Paris konfransında Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü də müzakirə olunub.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderləri olub.


Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Fransa   Rusiya  





Xəbər lenti