Yeniyetməyə avtobus sürməyə icazə verən ata cəzalandırıldı - Video

   Yeniyetməyə avtobus sürməyə icazə verən ata cəzalandırıldı -    Video
  27 Fevral 2024    Oxunub:872
Bakıda avtobus sürən və bunu videoya çəkərək paylaşan yeniyetmənin valideyni məsuliyyətə cəlb edilib.
AzVision.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “İsuzu” markalı avtobusun yeniyetmə tərəfindən idarə olunmasını əks etdirən görüntü araşdırılıb.

Hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı uşaq tərəfindən törədilməsi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

“Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır”.



AzVision.az


Teqlər:





Xəbər lenti