Sürücüyə əsassız cərimə yazılıb - İDDİA + VİDEO

Sürücüyə əsassız cərimə yazılıb    - İDDİA + VİDEO
  27 Fevral 2024    Oxunub:896
Göygöl sakini ona elektron qaydada tətbiq edilən cərimədən narazıdır.
Xezerxeber.az-ın məlumatına görə, şəxsi minik maşını ilə Göygöldən Bakıya gedərkən radara düşən şəxs ona cərimə protokolunun yanlışlıqla tərtib olunduğunu iddia edib.

O qeyd edib ki, barəsində tərtib edilən protokolda videoqeyd yoxdur.

Sürücü bildirib ki, cərimə edildiyi ərazidə qaydanı pozmadığına əmindir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, cərimənin yazılması texniki səhv olub.

Sürücülər isə qeyd ediblər ki, həmin ərazidəki sürətölçən qurğu yoxlanılmalıdır, yoxsa digər sürücülər də belə problemlə üzləşə bilərlər.

Ətraflı süjetdə:

AzVision.az



Teqlər: Sürücü  





Xəbər lenti